شاعیر...
یوغرولور ایسته یین گؤز یاشلاریلا
حاققین ، عدالتین کولیله شاعیر
وطن توپراغیندان قیدالاناراق
دوغولور زامانین اَلیله شاعیر
دیلینده گول آچیر خالقینین سؤزو
ائلین حاخ دیلیدیر دوز گؤره ن گؤزو
ائل اونون اؤزودور او ائلین اؤزو
یوکسه لیر زیروه یه ائلیله شاعیر
ظولمتده ن ایشیغا هر بیر سؤزجوکو
یول چکیر چیینینده دونیانین یوکو
کؤکله نیر کؤکویله کؤنلونون کؤکو
هؤنکورور هارایین زیلیله شاعیرچاغلایان دنیزدیر درینده ن درین
دوم دورو بولاقدیر سرینده ن سرین
زهرده ن آجیدیر بالداندا شیرین
یاشاییر شعرینین دیلیله شاعیر
********************************************************************
şair
yoğrulur istəyin göz yaşlarila
haqqin ədalətin külilə şair
vətan toprağindan qidalanaraq
doğulur zamanin əlilə şair
dilində gül açir xalqinin sözü
elin hax dilidir düz görən gözü
el onun özüdür o elin özü
yüksəlir zirvəyə elilə şair
zülmətdən işiğa hər bir sözcükü
yol çəkir çiynində dünyanin yükü
köklənir köküylə könlünün kökü
hönkürür harayin zililə şair
çağlayan dənizdir dərindən dərin
dum duru bulaqdir sərindən sərin
zəhərdən acidir baldanda şirin
yaşayir şerinin dililə şair
elin hax dilidir düz görən gözü
el onun özüdür o elin özü
yüksəlir zirvəyə elilə şair
zülmətdən işiğa hər bir sözcükü
yol çəkir çiynində dünyanin yükü
köklənir köküylə könlünün kökü
hönkürür harayin zililə şair
çağlayan dənizdir dərindən dərin
dum duru bulaqdir sərindən sərin
zəhərdən acidir baldanda şirin
yaşayir şerinin dililə şair
قایناق: sirdash.arzublog.com